Tatarıstanda Rusiyanın ən böyük neft-kimya zavodu yanır - Video

Hazırda oxunan: Tatarıstanda Rusiyanın ən böyük neft-kimya zavodu yanır - Video

647797

Noyabrın 15-nə keçən gecə Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftekhim” neft-kimya zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə şahidlərin yaydığı görüntülərə istinadən OSINT analitiklərinin ASTRA nəşri məlumat yayıb.

Hücumdan əvvəl Tatarıstan hakimiyyəti respublikanın səkkiz şəhərində PUA təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiyanın ən böyük neft-kimya şirkəti olan “SIBUR” holdinqinə daxil olan zavod Şərqi Avropanın da ən böyük müəssisələrindən biridir. Zavodda sintetik kauçuk, etilen, propilen və digər kimyəvi məhsullar istehsal olunur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin