Mabel Matizin Bakı konserti TƏXİRƏ SALINDI

Hazırda oxunan: Mabel Matizin Bakı konserti TƏXİRƏ SALINDI

644677

Türkiyəli müğənni Mabel Matizin Bakı konserti təxirə salınıb.

Bizim.Media xəbər verir ki, oktyabrın 24-də keçirilməsi planlaşdırılan konsertin tarixi gələn il aprelin 10-na dəyişdirilib.
 

Qeyd edək ki, Türkiyəli müğənni Mabel Matiz “Ha Leylim” mahnısı və klipinə görə “müstehcenlik” (cinsi məzmunlu və ya əxlaq normalarına zidd hesab edilən ifadə) ittihamı ilə istintaqa cəlb olunub və barəsində ölkədən çıxış qadağası tətbiq edilib.


Sənətçi ittihamları rədd edərək klipin sənət əsəri olduğunu bildirib. O, klipdə Trakiya toylarını canlandırdıqlarını, iki kişinin bir-birinə baxmasının və rəqs etməsinin cinayət tərkibi yaratmadığını vurğulayıb.

Bu vəziyyətin müğənninin Bakı konsertinin təxirə salınmasına təsir göstərmiş ola biləcəyi ehtimal edilir.

Xatırladaq ki, ötən il də müğənninin Bakı konserti oxşar səbəbdən ləğv edilmişdi. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin