İsraildə Parlament seçkilərinə səsvermə artıq yekunlaşıb.
Bizim.Media xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası artıq ilk exit-poll nəticələrini açıqlayıb.
İlkin nəticələrə əsasən heç bir blok parlamentdə çoxluğu təmin edə bilməyib. Belə ki, Baş nazir Benyamin Netanyahunun əsas rəqibi olan keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun bloku 52, Netanyahunun özünün bloku 50, ərəb partiyaları isə 18 mandat qazanıb.
120 yerlik Knessetdə çoxluq üçün azı 61 mandat tələb olunur.
Bizim.Media






























































































