2025-ci ildə Azərbaycanda ümumilikdə 20 675 boşanma qeydə alınıb. Ən çox boşanma Bakı şəhərinin, ən azı isə Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb.
Bizim.Media Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, təqdim olunan statistikaya əsasən, ötən il Bakı şəhərində 6 307, Abşeron-Xızı iqtisadi rayonunda 1 504, Qarabağ iqtisadi rayonunda 1 590, Mərkəzi Aran iqtisadi rayonunda 1 442, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 374 boşanma qeydə alınıb.
Digər iqtisadi rayonlar üzrə göstəricilər belədir:
Lənkəran-Astara – 1 292;
Qazax-Tovuz – 1 228;
Şəki-Zaqatala – 1 065;
Quba-Xaçmaz – 922;
Şirvan-Salyan – 922;
Naxçıvan – 889;
Mil-Muğan – 852;
Şərqi Zəngəzur – 711;
Dağlıq Şirvan – 577.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:07 / 27.10.2026
Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI
Hazırda oxunan: Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI
Hazırda oxunan: Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI
644563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































