Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma heç bir əlavə şərt irəli sürülmədən əldə olunub.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika mediasının rəhbərləri ilə görüşündə bildirib.
“Burada heç bir şərt olmayıb. Yəni biz sizdən dizel yanacağı alırıq, siz isə siyasi sahədə və ya təhlükəsizlik məsələlərində, istər Hörmüz boğazında, istərsə də başqa yerdə hansısa addım atmalısınız kimi tələblər irəli sürülməyib. Ümumiyyətlə, heç bir əlaqələndirmə olmayıb”, – deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri bunu “ağıllı liderlərin sırf praqmatik yanaşması” kimi qiymətləndirib.
Onun sözlərinə görə, belə yanaşmada əsas diqqət geosiyasi problemlərin həllinə deyil, ilk növbədə vətəndaşların maraqlarına yönəldilir.
Bizim.Media






























































































