Rusiyanın iri kimya zavoduna dron hücumu: Yanğın başlayıb – FOTO/VİDEO

Hazırda oxunan: Rusiyanın iri kimya zavoduna dron hücumu: Yanğın başlayıb – FOTO/VİDEO

644682

Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya zavoduna dron hücumundan sonra genişmiqyaslı yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Astra” Telegram kanalı məlumat yayıb.
 

Zavod ammonyak, gübrələr və partlayıcı maddələrin istehsalında istifadə olunan kimyəvi məhsullar istehsal edir. Hücumdan sonra sənaye zonasında alov və tüstü müşahidə olunub.


Tula vilayətinin qubernatoru Dmitri Milyayev sənaye zonasındakı infrastrukturun zədələndiyini bildirib, lakin konkret hansı müəssisənin zərər gördüyünü açıqlamayıb.

“Azot” zavodu 2002-ci ildən “EuroChem” holdinqinə məxsusdur və Rusiyanın ən iri ammonyak və azot gübrələri istehsalçılarından biri hesab olunur.


Rusiyanın iri kimya zavoduna dron hücumu: Yanğın başlayıb – FOTO/VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin