"Azərbaycanda 700-dən 800-ə qədər avtobusun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, bu yeni nəqliyyat vasitələrinin hər biri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir".
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, növbəti illərdə bu keçidin tamamilə başa çatdırılması və əvvəlki dövrlərdən qalmış, artıq günün tələblərinə cavab verməyən dizel nəqliyyat vasitələrinin tamamilə dövriyyədən çıxarılması hədəf kimi müəyyən edilib:
"Bu ilin sonuna olan gözləntimiz ondan ibarətdir ki, dövriyyədə təxminən 500 belə avtobus qalacaq. Növbəti ildə isə onların da tamamilə yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:52 / 28.10.2026
Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək
Hazırda oxunan: Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək
Hazırda oxunan: Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək
644689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































