BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

Hazırda oxunan: BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

644599

“Bakı Təşəbbüs Qrupu olaraq Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyirik. Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa Senatının Korsikanın muxtariyyətinə dair konstitusiya islahatını rədd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2026-cı il oktyabrın 26-sı Fransa senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir:

“Dörd ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılması qəbuledilməzdir. Xüsusilə, korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir.

Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür”.

Abbas Abbasov qeyd edib ki, Korsika xalqının muxtariyyət tələbinin Fransanın birliyinə təhlükə kimi qələmə verilməsi xüsusilə absurd görünür:
 

“Bir xalqın öz dilini, mədəniyyətini, tarixi kimliyini və siyasi səlahiyyətlərini qorumaq onların fundamental haqqıdır. Əsl təhlükə bu legitim tələblərin sistemli şəkildə rədd edilməsi və xalqların siyasi iradəsinin mərkəzi hakimiyyətin maraqlarına qurban verilməsidir.


Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının legitim iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa, əldə olunmuş razılaşmalara sadiq qalmağa və muxtariyyət məsələsində real siyasi iradə nümayiş etdirməyə çağırır və beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və müvafiq beynəlxalq institutları Fransa dövlətinin Korsika xalqının legitim siyasi tələblərinə münasibətdə nümayiş etdirdiyi bu ədalətsizliyə laqeyd qalmamağa dəvət edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin