TDT-nin XIII Liderlər Sammiti oktyabrın 30-da Ankarada keçiriləcək - FOTO

Hazırda oxunan: TDT-nin XIII Liderlər Sammiti oktyabrın 30-da Ankarada keçiriləcək - FOTO

644666

Türk Dövlətləri Təşkilatının (TDT) XIII Liderlər Sammiti oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının və Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
 

Sammitdə təşkilatın üzv ölkələri — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı gözlənilir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi ölkələr qismində təmsil olunacaq.


Görüşdə siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat və mədəni əlaqələrin müzakirə ediləcəyi gözlənilir. Həmçinin TDT-yə sədrlik müddətinin Azərbaycandan Türkiyəyə təhvil verilməsi məsələsi gündəmdə olacaq.

TDT-nin XIII Liderlər Sammiti oktyabrın 30-da Ankarada keçiriləcək - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin