Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

Hazırda oxunan: Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

644685

Sumqayıt şəhər 1 saylı xəstəxananın doğum şöbəsinin qarşısında bəzi sürücülər avtomobillərini nizamsız şəkildə, yan-yana park edərək hərəkətə mane olurlar.

Bu barədə Sumqayıt sakinləri Bizim.Media-ya şikayət ünvanlayıblar.
 

Onların bildirdiyinə görə, ərazidə boş parklanma yerləri olmasına baxmayaraq bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlayırlar. Bu isə birtərəfli hərəkət zolağının tamamilə bağlanmasına səbəb olur.


“Son aylarda sürücülərin bu cür özbaşınalığı mütəmadi hal alıb. Avtomobili saxlayıb gedirlər, yol bağlanır, xəstəxanaya gediş-gəliş mümkünsüz olur. Üstəlik, bura doğum şöbəsinin qarşısıdır. Sürücülərin bu məsuliyyətsizliyi təcili doğuma görə gətirilən xəstələrin xəstəxanaya çatdırılmasına əngəl olur” – deyə şikayətçilər bildiriblər.

Sakinlərin redaksiyamıza göndərdiyi fotonu təqdim edirik:

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin