“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

Hazırda oxunan: “Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

644552

Məktəb dərsliklərində yer alan ədəbi mətnlərin müəllifliyi ilə bağlı iddialar müzakirələrə səbəb olub. Yazar Səhər Əhməd “Altun kitab” nəşriyyatının hazırladığı dərsliklərdə bəzi hekayələrin ya müəllif göstərilmədən, ya da yanlış müəllif adı ilə təqdim olunduğunu bildirir. İddialar dərsliklərin hazırlanması zamanı mənbələrin nə dərəcədə yoxlanılması, müəllif hüquqlarına riayət olunması və nəşriyyatın məsuliyyəti məsələlərini gündəmə gətirir.

Bəs bu iddiaların arxasında hansı faktlar dayanır?

Məsələ ilə bağlı yazar Səhər Əhmədin fikirlərini öyrəndik. O, Bizim.Media-ya bildirdi ki, artıq bir neçə hekayənin mənbəyini araşdırıb.

Həmin hekayələrin ingilis dilində olan orijinal variantlarını, Türkiyə saytlarında yayımlanmış mətnlərini, dərc olunduqları illəri tapıb:

R. İsmayılovun müəllifliyi ilə fəxr etdiyi “Bilirdim ki, gələcəksən” hekayəsi. Bu hekayə iki verdiyada mövcuddur. Birinci versiya, 1969-1970-ci illərdə Cənubi Veytnamın Da Nang şəhərində hərbi həkim işləyən B.Rebosen tərəfindən qələmə alınıb, adı da eynidir, “I knew You’d Come”.

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO - foto 3

İkinci versiya da ingiliscə mövcuddur, Yuva Bharati jurnalının 2008- ci il fevral nömrəsinin 13 -cü səhifəsində “True frends” “Həqiqi dostlar” adı ilə verilib. Bu hekayədə hadisə ikinci Dünya müharibəsinə aid edilir. Hər iki hekayənin Azərbaycanca tərcüməsinə baxmışam, birincidə cüzi fərq var, ikinci isə Rafiq İsmayılovun öz adına çıxdığı hekayənin eynisidi.

“Əsas tələbim qarşı tərəfin məsələni etiraf etməsidir”

“Məsələ ilə bağlı mövqeyimi mətbuata çatdırıran. məniş işim işıqlandırmaqdır. Məsul qurumlar da buyurub araşdırma aparsınlar. Mənim əsas tələbim qarşı tərəfin məsələni etiraf etməsidir. Çünki burada söhbət təkcə bir müəllifin hüquqlarından getmir. Bu hadisə valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin etimadına toxunur. Mən uşaqlara plagiat əsəri həqiqət kimi təqdim edə, xalqımın balalarına yalan əsər yedirə bilmərəm. Bu, mənim üçün prinsipial məsələdir”.

S.Əhməd diqqətə çatdırdı ki, illərin filoloqu, neçə-neçə kitab müəllifi olaraq ortaya çıxardığım faktların diqqətdən kənarda qalmasını istəmir. Çünki məsələ yalnız bir nəşriyyat və ya bir müəlliflə məhdudlaşmır. Hekayələrdən biri müxtəlif mənbələrdə fərqli imzalarla təqdim olunub. Yazar bildirir ki, bir dərsliyin hazırlanmasında yalnız müəllif iştirak etmir. Bədii və texniki redaktorlar, korrektorlar və başqa mütəxəssislər də iştirak edir. Görünən odur ki, bütöv komanda bu səhvlərə göz yumub.

S. Əhməd deyir ki, bu məsələ artıq geniş ictimai müzakirəyə çevrilib. Sosial şəbəkələrdə paylaşdığı videolar yüz minlərlə baxış toplayıb, minlərlə şərh yazılıb.

“Müəllimlər və valideynlər narahatlıqlarını ifadə edirlər. Açığı, məsələ ətrafında bu qədər insanın narahatlıq keçirəcəyini gözləmirdim. Bu reaksiyalar göstərir ki, söhbət yalnız ayrı-ayrı hekayələrdən getmir. Söhbət uşaqlara təqdim olunan mətnlərin etibarlılığından, müəllif hüquqlarına hörmətdən və dərskliklərə olan ictimai inamdan gedir. Mən də məhz buna görə məsələnin sona qədər araşdırılmasını istəyirəm”.

Yazar nəşriyyatın rəhbəri Rafiq İsmayılovun açıqlama verərək həmin mətnlərin israrla özünə aid olmasını deməsinə də münasibət bildirib.

“Rafiq İsmayılovun hekayəni yazıb xalası oğlu Arif Əliyevin adı ilə verməsi özü bir biabırçılıqdır. Bundan başqa həmin hekayə həm Arif Əliyevin imzası ilə verilib, hm də mətn qismən dəyişdirilərək Şəhla Zahidovanın imzası ilə də gedib.  Bəlkə də etiraf etsəydi, bu qədər araşdırma aparmazdım.

Adam isə hələ dirənir ki, “Elektron ünvanım olsaydı” mətnini müəllidi özüdür. Araşdırıb gördüm ki, bu hekayə Türkiyə saytlarında “E-posta adresim olsaydı”, “Bir təmizlikçinin hekayəsi” və s. adları ilə beş adda dərc olunub. Onun etiraf etməməsi bu qədər müəllimin, valideynin zəkasına təhqirdir. Bir adam görün nə boyda narahatlıq yaradıb. Bu adamın dediyi odur ki, burda mənəm bağdadda kor xəlifə”.

Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO - foto 1
“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO - foto 2
Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin