“Bitcoin”in SON qiyməti

Hazırda oxunan: “Bitcoin”in SON qiyməti

644646

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. “Bitcoin” yenidən 81 min dollar həddinə yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,67% bahalaşaraq 80 990,42 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,99%, son 30 gündə isə 2,80% azalıb.

“Ethereum” 2,10% bahalaşaraq 2 358,32 dollara, BNB 1,14% artaraq 746,30 dollara çatıb. “Zcash”da daha yüksək artım qeydə alınıb. Bu kriptovalyuta son 24 saatda 8,25% bahalaşaraq 1 321,46 dollara yüksəlib.

“Bitcoin Cash” 5,87% artaraq 297,49 dollara, “Bittensor” 3,89% bahalaşaraq 258,03 dollara, “Solana” isə 1,89% yüksələrək 101,88 dollara çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin