Rusiya ordusunun Xarkov şəhərinə hücumu nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla 5 nəfər yaralanıb, genişmiqyaslı yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Belə ki, gecə saatlarında şəhərin Osnovyanski rayonuna reaktiv dronla zərbə endirilib. Nəticədə 2 500 kvadratmetr ərazidə yanğın başlayıb.
Çoxmənzilli və fərdi yaşayış evləri, yardımçı tikililər və istehsalat binası yanıb. Həmçinin çoxmərtəbəli binalara, qarajlara və avtomobillərə ziyan dəyib.
Xilasedicilər təkrar hücum təhlükəsinə baxmayaraq, digər xidmətlərlə birlikdə hadisənin nəticələrini aradan qaldırırlar.
Bizim.Media






























































































