Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçiriliir.
Bizim.Media xəbər verir ki, tədbir “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycanın milli iqlim öhdəliklərinin həyata keçirilməsi, enerji sektorunda yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunacaq.
Xatırladaq ki, bundan əvvəlki 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:14 / 28.10.2026
Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Hazırda oxunan: Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Hazırda oxunan: Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
644665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































