İstanbulda 4 mərtəbəli bina çökdü – FOTO/VİDEO

Hazırda oxunan: İstanbulda 4 mərtəbəli bina çökdü – FOTO/VİDEO

644671

İstanbulun Beyoğlu rayonunda əvvəlcədən boşaldıldığı bildirilən 4 mərtəbəli bina naməlum səbəbdən çöküb.

Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 28-də Kalyoncu Kulluğu məhəlləsində, Kurdela küçəsində baş verib.

Hadisə yerinə polis, yanğınsöndürənlər, UMKE, AFAD və təcili tibbi yardım qrupları cəlb olunub.

Əraziyə təhlükəsizlik tədbirləri görən qruplar dağıntılar altında mümkün insanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və yoxlama işlərinə başlayıblar.

Xilasedicilər ətrafdakı insanlardan səssiz olmalarını xahiş edərək, “Səsimi eşidən varmı?” və “Xilasetmə qrupları buradadır, səsimi eşidirsinizsə, cavab verin” deyə səsləniblər.

Ərazidə axtarış və araşdırma işləri davam edir.



İstanbulda 4 mərtəbəli bina çökdü – FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin