Putin iki ölkə liderinə 90 dəqiqə tarix dərsi keçib – Telefon zənginin DETALLARI

Hazırda oxunan: Putin iki ölkə liderinə 90 dəqiqə tarix dərsi keçib – Telefon zənginin DETALLARI

644658

Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığının böyük hissəsini orta əsrlər slavyan tarixinə həsr edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, əvvəlcə yarım saatdan az davam etməsi planlaşdırılan telefon danışığı 90 dəqiqə çəkib. Lakin Ukraynada müharibənin başa çatdırılması ilə bağlı əsas məsələləri müzakirə etmək əvəzinə, Putin Skandinaviya ölkələrinin liderlərini Kremlin münaqişənin “əsas səbəbləri” adlandırdığı mövzu haqqında uzun nitqə qulaq asmağa məcbur edib.

Qeyd olunur ki, Ukraynanın əsas tələbi olan dərhal atəşkəs perspektivi, demək olar ki, müzakirə edilməyib.
 

Mənbələrdən birinin sözlərinə görə, Skandinaviya liderləri Putinin tarixi mövzudakı uzun çıxışını yarımçıq kəsməmək qərarına gəliblər. Onlar bununla Rusiya prezidentinin Avropa ilə dialoqa nə dərəcədə ciddi yanaşdığını anlamağa çalışıblar.


Danışıqlar Ukraynada atəşkəs məsələsində demək olar ki, heç bir irəliləyişlə nəticələnməyib. Rusiya prezidenti əvvəlki tələblərində qalıb.

Nəşr xatırladır ki, Putin ötən ilin avqustunda Donald Trampla uğursuz sammit zamanı da orta əsrlərin slavyan hökmdarları haqqında uzun-uzadı danışıb.

Xatırladaq ki, oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Putinlə telefon danışığı aparıblar. Danışığı Kremllə əlaqə yaratmaq təşəbbüsünü irəli sürən Stubb və Störe təşkil ediblər. Onlar Rusiya prezidenti ilə müharibənin dayandırılması, Avropada sülh və sabitliyin təmin olunması istiqamətində diplomatik səyləri müzakirə etməyi planlaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin