Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Hazırda oxunan: Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

644531

Siyəzən şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Rayonun Böyük Həmyə kənd sakini, 35 yaşlı Naqil Əhmədağa oğlu Ağamalıyev qohumu, 44 yaşlı Xəyalə Məmmədağa qızı Ağamalıyevanı boğaraq öldürüb.

Bizim.Media-nın çəkiliş qrupu hadisənin baş verdiyi ünvanda olub.

Mərhumun qonşusu Hüseynağa Əliyev və onun müəllimi olmuş Balacaxanım Paşayeva Xəyalə Ağamalıyevanın çox yaxşı insan olduğunu bildiriblər.

Qeyd edək ki, hadisənin tamah məqsədilə törədildiyi bildirilir. Məlumata görə, Xəyalə Ağamalıyeva sələmə pul verirmiş.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videoda:


Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin