ABŞ administrasiyası Fars körfəzinin bir sıra ərəb ölkələrinə noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı ehtimal olunan hərbi əməliyyatla bağlı xəbərdarlıq edib.
Bizim.Media "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, Vaşinqton diplomatik və hərbi kanallar vasitəsilə bölgədəki müttəfiqlərindən "qısa, lakin intensiv hərbi kampaniyaya" hazırlaşmağı xahiş edib.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hələlik yekun qərar verməsə də, İranın mühüm infrastrukturuna və nüvə obyektlərinə miqyaslı zərbələr endirmək variantına daha çox meyil edir.
WSJ yazır ki, Birləşmiş Ştatlar artıq Texas ştatından bölgəyə "Patriot" zenit-raket komplekslərini köçürməyə başlayıb və ən zəif mühafizə olunan hərbi bazalardan şəxsi heyəti təxliyə edir.
Məlumata görə, noyabr ayında Yaxın Şərqə daha bir aviadaşıyıcı zərbə qrupu və dəniz piyadalarının ekspedisiya dəstəsinin gətirilməsi gözlənilir.
Ağ Ev mövzu ilə bağlı şərh verməkdən imtina edərək, yalnız "bütün variantların masada qaldığını" bəyan edib.
Tehran isə öz növbəsində hücum olacağı təqdirdə regiondakı hədəflərə cavab zərbələri endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl "CNN" kanalı da ABŞ-ın müvafiq əmr verildikdən sonra 96 saat ərzində İrana zərbələr endirməyə tam hazır olduğunu bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:11 / 28.10.2026
ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI
Hazırda oxunan: ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI
Hazırda oxunan: ABŞ-dan Körfəz ölkələrinə müharibə XƏBƏRDARLIĞI
644648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































