“Nənə-babalara nəvələrini qucaqlamaq olmaz?” – Beynəlxalq qalmaqala səbəb olan SOSİAL ÇARX

Hazırda oxunan: “Nənə-babalara nəvələrini qucaqlamaq olmaz?” – Beynəlxalq qalmaqala səbəb olan SOSİAL ÇARX

644607

İrlandiyada nənə və babaları nəvələrini qucaqlamazdan əvvəl onlardan razılıq almağa çağıran sosial reklam ictimai etirazlardan sonra silinib. Kampaniya siyasətçilər, jurnalistlər və psixoloqlar arasında mübahisələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, 25 saniyəlik videoçarx Dublində yerləşən Zorlama Qurbanlarına Yardım Mərkəzinin (Dublin Rape Crisis Centre – DRCC) əməkdaşları tərəfindən hazırlanıb.

Çarx şəxsi sərhədlərə hörmət və razılıq mədəniyyətini təşviq edən “We-Consent” proqramı çərçivəsində yayımlanıb.

Videoda nənə və babanın nəvələrini ziyarət etməsi göstərilir. Oğlan uşağı onları sevinclə qarşılayır, yeniyetmə qız isə qohumları onu qucaqlamaq və öpmək istəyəndə narahatlıq keçirir.
 

Videoçarxın sonunda “Hər kəs qucaqlaşmaq istəmir. Hətta onu sevən insanlar tərəfindən belə. Narahatdır? Bəlkə də. Vacibdir? Şübhəsiz”, – deyə qeyd olunur.


İrlandiyanın Ədliyyə Nazirliyi proqramın dövlət dəstəyi aldığını, lakin videoların hökumət reklamı olmadığını açıqlayıb. İctimai tənqidlərdən sonra DRCC üç videonun hamısını sosial şəbəkələrdən silib və məzmunun yenidən nəzərdən keçiriləcəyini bildirib. 

Beləliklə, İrlandiyada yaranan mübahisə uşaqların şəxsi sərhədlərinə hörmətlə ailə daxilindəki sevgi və nəvazişin necə uzlaşdırılması barədə geniş müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin