Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Hazırda oxunan: Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

644601

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 

Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.


Eləcə də, həmin hökmlə Mehdiyev Ramiz Ənvər oğlunun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Həmçinin hökmə əsasən,  Mehdiyev Ramiz Ənvər oğlunun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin