Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Hazırda oxunan: Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

644612

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.
 

Tərəflər BMT-nin yeni baş katibinin seçilməsi prosesini də nəzərdən keçiriblər. Ərdoğan bildirib ki, yeni baş katib BMT-ni yenidən çoxtərəfli diplomatiyanın mərkəzinə çevirməyə imkan verəcək zəruri təcrübəyə malik olmalıdır.


Bundan əlavə, Türkiyə lideri Makronu Türkiyədə keçiriləcək COP31 liderlər sammitində iştirak etməyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin