WhatsApp-da az möhtəşəm yenilik

Hazırda oxunan: WhatsApp-da az möhtəşəm yenilik

53924
İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda tətbiq olunacaq.

Dünyanın ən populyar ani mesajlaşma proqram əlavəsi olan WhatsApp yenilik hazırlayır.

Belə ki, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.

Moderator.az Milli.Az-a istinadən xəbər verir ki, WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını demişdi.

İndisə yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da "Hang up", "Incoming call" və "Outgoing call" funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

Yeniliyin işə salınacağı dəqiq tarix hələlik açıqlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin