ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

Hazırda oxunan: ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

620177

Vitse-prezident Cey. Di. Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqədar ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid məlumat yayıb.
 

Vensin nümayəndəsi daha əvvəl bildirmişdi ki, Vitse-prezident yaxın günlərdə İsveçrəyə səfər etməyi planlaşdırmır. Səfər çərçivəsində ABŞ-İran arasında texniki danışıqların başlanması nəzərdə tutulurdu.


Barak Ravidin ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, gecikmənin mümkün səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı irəli sürdüyü şərtlərdir.

Məlumata əsasən, Tehran İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatını ABŞ ilə əldə olunmuş memorandumun pozulması kimi qiymətləndirəcəyini bildirib.

Qeyd edək ki, İsrail gecə saatlarından etibarən yenidən Livana zərbələr endirməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin