Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

620175

ABŞ-da mütəxəssislər insanlar üçün həyati təhlükə yaradan Echinococcus multilocularis adlı lent qurdunun yayılmasını qeydə alıblar.

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, parazitin əsas daşıyıcıları koyotlar, tülkülər və itkimilər fəsiləsinin digər nümayəndələridir.

İnsanlar bu parazitə çirklənmiş qida və ya su vasitəsilə yoluxa bilirlər.

Parazit insan orqanizmində alveolyar exinokokkoz xəstəliyinə səbəb olur. Bu zaman qaraciyərdə və digər orqanlarda xərçəng şişlərini xatırladan kistalar əmələ gəlir. Xəstəlik qarının sağ tərəfində ağrılar, halsızlıq, dərinin və gözlərin saralması ilə müşayiət oluna bilər.
 

Mütəxəssislərin sözlərinə görə, ağır simptomların ortaya çıxması 15 ilə qədər vaxt apara bilər ki, bu da erkən diaqnostikanı çətinləşdirir. Vaxtında müalicə olunmadıqda xəstəlik ölümcül nəticələrə səbəb ola bilər.


Hazırda parazitin Ayova, Dakota, Minnesota və Nebraska ştatlarında geniş yayıldığı bildirilir.

Həmçinin Vermont, Nyu-York və Pensilvaniya ştatlarında da yoluxma halları qeydə alınıb.

Alimlər hesab edirlər ki, urbanizasiya, meşələrin qırılması və iqlim dəyişiklikləri vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb olub ki, bu da təhlükəli parazitin yayılma riskini artırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin