Müğənnilərin FANTASTİK toy qiyməti

Hazırda oxunan: Müğənnilərin FANTASTİK toy qiyməti

620165

Azərbaycan şou-biznesində müğənninin həqiqi ulduz statusunu müəyyən edən əsas meyarlardan biri də məhz “yarımsaatlıq” çıxışlara olan tələbatdır.

Sən öz ansamblınla məclislərdə yüksək qonorarla çıxış edə, mahnıların YouTube və TikTok platformalarında rekordlar qıra, gün ərzində bir telekanaldan digərinə qonaq ola bilərsən.

Lakin əgər toy və korporativlərdə sənin məhz “yarımsaatlıq” iştirakın sifariş olunmursa, bu günün ən çox arzulanan ulduzları sırasında deyilsən..

“Yarım saatlıq” - sənətçinin özünəməxsus, təkrarsız repertuarının, fərqli üslubunun, səhnə obrazının və auditoriya sevgisinin ən real göstəricilərindəndir. Bu formatda tamaşaçı məhz həmin ifaçının öz hitlərini, öz enerjisini və öz səhnə təqdimatını görmək istəyir.
 

Bu həm də, sənətçi komandasının düzgün qurulmuş marketinq strategiyası, menecment fəaliyyəti və sənətçinin bazardakı mövqeyinin doğru idarə olunması deməkdir.


Bütöv toy aparmaq isə sənətçidən əsasən məclis repertuarı tələb edir. Bu da özlüyündə çox çətin bir seqment və məsuliyyətli peşədir. Amma, “Yarımsaatlıq” formatında diqqət məhz ifaçının öz mahnılarına və fərdi brendinə yönəlir.

"Bəs bu gün "Yarımsaatlıqlarda" ən tələbatlı kimdir?" Sualı ilə şəhərin ən tanınmış və nüfuzlu şadlıq məkanları və restoranlarına müraciət etdik. Sorğunun nəticələrinə əsasən, hazırda “yarımsaatlıq” çıxışlara ən çox tələbat olan məşhurlar bunlar imiş.

Bizim.Media Musavat.com-a istinadla siyahını və "yarımsaatlıq" çıxış üçün qonorarları sizə təqdim edir: 

Aygün Kazımova - 12.000 AZN

Röya - 10.000 AZN

Eyyub Yaqubov - 4.000 AZN

Tünzalə Ağayeva - 6.500 AZN

Faiq Ağayev - 10.000 AZN

Zülfiyyə Xanbabayeva - 7.000 AZN

Murad Arif - 5.000 AZN

Namiq Qaraçuxurlu - 5.000 AZN

Manana - 5.000 AZN

Miriyusif - 6.500 AZN

Xumar Qədimova - 7.000 AZN

Günay İbrahimli - 6.000 AZN

Ədalət Şükürov - 3.500 AZN

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin