Uilyam Şekspirin nə qədər bacarıqlı olduğunu sübut edən faktlar. Moderator.az xəbər verir ki, on yeddinci əsrə qədər İngiltərə teatrlarında ən çox satlan portağal, börək və pomidor olub. Portağal və börək tamaşaçıların yeməsi üçün satılıb, amma pomidorun satılmasının başqa səbəbləri var. Tamaşaçılar pomidoru yemək əvəzinə, tam fərqli bir işə görə ondan istifadə ediblər. Həmin vaxt İngiltərədə pomidorun zəhərli və lənətli bir şey olduğuna inanılıb.xa0
Teatrda tamaşaçılar tamaşa izləyərkən ilk 15 dəqiqə ərzində tamaşanı bəyənməzlərsə, əllərindəki pomidoru oyunçulara atarmışlar. Bunun teatr sahibinə də çox mənfi təsiri olub, çünki bundan sonra o, tamaşçılara biletlərin pulunu qaytarmalı olub. Amma baş verən hadisələr heç vaxt Şekspirin əsərlərində olmayıb. Əskinə onun əsərləri tamaşaçılar tərəfindən həmişə alqışla qarşılanıb.xa0
Şekspir həmçinin kasıb təbəqə üçünxa0 bilet tərtib edilməsini teatr sahibinə təlkif edib və buna müvəffəq də olub. Ucuz bilet alanlar tamaşanı qarşıda ayaq üstə izləyiblər. Bunları isə “torpaqçı” adlandırıblar. Amma ayaq üstdə dayanan tamaşaçılartez-tez oyunçuların fikrini yayındırıblar.xa0
Onun daha bir bacarığı isə “box office” tərtib etməkdir. Onun vaxtına qədər pul qutuları teatrın çölündə olub. Şekspir isə ayrıca bir otaq ayırdaraq pul qutularını ora yerləşdirib. Bundan başqa yaxında qidaların satıldığı bufet də hazırlatdırıb.xa0
Vasif Əlihüseyn




































































































