Soğanın bu faydalarını bilirdiniz?

Hazırda oxunan: Soğanın bu faydalarını bilirdiniz?

225694
Xörək bişirərkən daim istifadə etdiyimiz tərəvəzlərdən biri soğandır. Soğanın qırmızı, sarı, ağ, yaşıl rəngli növləri var ki,xa0 onlar da bir- birindən özünəməxsus iylərinə görə seçilirlər. Tərkibindəkixa0 A, B və C vitaminləri ilə kalium, maqnezium, kalsium, natrium, yod, fosfor və kükürd mineralları baxımından olduqca zəngindir.

Moderator.az soğanın faydalarını təqdim edir:

- Bədənin müqavimətini artırır və bədənə qüvvət verir.

- Zehni və fiziki yorğunluğu aradan qaldırır.

- İmmunitet sistemini gücləndirir.

- Yüksək təzyiqi aşağı salır.

- Soyuqdəymə, qrip, astma və bronxit xəstəliklərinə xeyirlidir.

- Nəfəs yollarını açır və öskürəyi kəsir.

- Damar keçməməzliyinin qarşısını alır.

- Ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur.

- Qandakı şəkər səviyyəsini nizamlayan soğan şəkər xəstələrinə faydalıdır.

- Böyrək ağrılarını yüngülləşdirir.

- Böyrək qumlarının və daşların tökülməsinə kömək olur və təkrar meydana gəlmələrinə mane olur.

- Mikrob öldürücü təsiri vardır.

- Bədəndəki və qandakı zərərli maddələri bədəndən uzaqlaşdırır.

- Yaraların daha sürətli bağlanmasına köməkçi olur.

- Eqzema, dolama kimi dəri xəstəliklərinə qarşı faydalıdır.

- Qaraciyərin işini nizamlayır.

- Sinirləri rahatlaşdırır, narahatlıq və sıxıntıya kömək edir.

- Yuxu problemi çəkənlərə faydalıdır.

- Yaddaşı gücləndirir.

- Sümük əriməsinə qarşı təsirlidir.

- Həzmi asanlaşdırır.

- Cinsi gücü artırır.

- Qanı təmizləyir.xa0

xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin