457 metr hündürlükdən yıxılan alpinist qadın SAĞ QALDI

Hazırda oxunan: 457 metr hündürlükdən yıxılan alpinist qadın SAĞ QALDI

622887

ABŞ-da Şasta dağına dırmaşan qadın təxminən 1500 fut (457 metrə yaxın) hündürlükdən yıxılsa da, möcüzə nəticəsində sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.

"Kaliforniyadakı Şasta dağında 1500 fut hündürlükdən yıxılan qadın müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalmağı bacarıb", — deyə məlumatda qeyd olunub.

Bildirilir ki, 31 yaşlı alpinist qadın dağa üç nəfərlik qrupun tərkibində dırmaşırmış. Hadisədən sonra o, huşu özündə bədənində çoxsaylı zədələr, həmçinin ayaq biləyinin ehtimal olunan sınığı ilə aşkarlanıb. Kaliforniya Yol Patrul Xidmətinin əməkdaşları yaralını uğurlu əməliyyatla dağdan təxliyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin