Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın paytaxtı İrəvana planlaşdırılan rəsmi səfərini başa vurduqdan sonra Türkiyəyə yola düşəcək. O, Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya diplomatik mənbələrdən daxil olub.
Məlumata görə, yüksəkrütbəli avropalı rəsminin regiona səfər proqramı olduqca sıxdır.
İrəvandakı ikitərəfli görüşlərdə Avropa İttifaqı-Ermənistan münasibətlərinin genişləndirilməsi, regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq məsələləri müzakirə olunub.
Bu təmasların dərhal ardınca Ankara sammitinə qatılacaq Ursula fon der Lyayenin qlobal təhlükəsizlik çağırışları, NATO-Aİ əməkdaşlığının gücləndirilməsi və regional münaqişələrin nizamlanması mövzularında keçiriləcək panel müzakirələrdə Avropa İttifaqının vahid mövqeyini təqdim edəcəyi gözlənilir.
Bizim.Media


































































































