Mələklərə iman gətirmək İslamın əsas şərtlərindən biridir. Bəs mələklər insanı nə vaxt müdafiə edirlər? Əlbəttə, bu, Allah-təlanın məsləhətindən və insanın davranışlarından asılıdır. Bunun vacib şərtlərindən biri odur ki, insanın iradəsi onun qəlbi ilə əlaqədə olsun. Gərək insan öz ruhi-mənəvi təmizliyini qorusun və daim Uca Allahla, eləcə də mələklərlə mənəvi rabitə yaratsın.

Bəndə o zaman Yaradan və mələklərlə mənəvi rabitəyə girir ki, o, daim batini təmizliyə can atır, haqq yolundan dönmür, xa0hər hansı bir çətinliyə düşəndə səmimi-qəlbdən, ixlasla Allaha dua edir. O halda mələklər də onunla əlaqə saxlayırlar. Buna misal olaraq mələklərin Peyğəmbərimizin(s) də iştirak etdiyi Bədr və Xeybər savaşlarında möminlərə yardımını, eləcə də şəhid səhabələrin meyitlərinə qüsl verilməsi və onlar üçün cənazə namazı qılınmasındakı iştiraklarını göstərmək olar. (Buxari, Manakibul-Ənsar, 12; Fədəilüs-Səhaba, 123, 125; Tirmizi, Manakib, 3847).

Eyni zamanda həyatdakı olayları diqqətlə müşahidə etsək, mələklərin uşaqları təmiz qəlbli yeniyetmələri və qocaları himayə etməsini də müşahidə etmək mümkündür. xa0

Duaların Allah qatında qəbul olunması və çətin anlarda Allahın və ayrıca mələklərin insanı bəlalardan qorumasının əsas şərtlərindən biri də haram əməl, qida və içkilərdən uzaq olmaqdır...xa0
Sultan Laçın



































































































