Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Hazırda oxunan: Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

612911

Aktrisa Lindsi Lohanın Nyu-Yorkda keçirilən “Disney Upfront 2026” tədbirində görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, 39 yaşlı aktrisanın xarici görünüşü izləyicilər tərəfindən “təəccüblü dərəcədə gənc” və “demək olar ki, tanınmaz” kimi qiymətləndirilib.
 

Lohan qırmızı xalçaya “Ashi Studio”nun 2025-ci ilin payız-qış kutür kolleksiyasından krem-qara tonlarda, naxışlı, çiyinsiz zərif libasda çıxıb. Lakin ictimaiyyətin diqqəti daha çox onun geyiminə deyil, xarici görünüşünə yönəlib. Bu isə aktrisanın mümkün kosmetik prosedurlar etdirməsi ilə bağlı yeni söz-söhbətlərə səbəb olub.


“Reddit” və digər sosial platformalarda istifadəçilər Lohanın dəyişimini müzakirə edərək onu başqa məşhurlarla müqayisə ediblər.

Bəzi istifadəçilər onun Culiya Robertsi xatırlatdığını yazıblar. Digərləri isə aktrisanın Mendi Mura bənzədiyini qeyd ediblər.

Şərhlərin bir qismi tənqidi olub. İstifadəçilərdən biri “Niyə bu qadınlar bilərəkdən tanınmaz hala düşürlər?” sualını verib.

Digərləri isə əksinə, Lohanın yeni görünüşünü yüksək qiymətləndirərək bunu Hollivudda ən uğurlu dəyişikliklərdən biri adlandırıblar.

Aktrisa özü xarici görünüşü ilə bağlı yayılan iddialara birbaşa münasibət bildirməyib.
 

Bununla belə, Lohan sosial şəbəkədə Birləşmiş Ərəb Əmirliklərində çalışan tanınmış dermatoloqa təşəkkür edilən paylaşımı qeyd edib. Bu isə onun “cavanlaşmasının” peşəkar kosmetoloji müdaxilə ilə bağlı ola biləcəyi barədə müzakirələri daha da artırıb.


Qeyd edək ki, Lindsi Lohan uzun illərdir Dubayda yaşayır və Hollivuddakı karyerasının ilk illəri ilə müqayisədə daha qapalı həyat tərzi sürür.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin