71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Hazırda oxunan: 71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

612726

71 yaşlı əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni görünüşü və fərqli ifası ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi illərdir sevilən "Məndən bir də olmayacaq" mahnısını bu dəfə fərqli üslubda təqdim edib.

Ruhəngiz Allahverdiyeva məşhur bəstəni rok janrında səsləndirərək mahnıya yeni klip də çəkdirib.

Klipdən yayılan görüntülərdə müğənninin qeyri-adi obrazı və səhnə performansı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun rok tərzindəki imici izləyicilərin diqqətini çəkib.

Bəzi sosial media istifadəçiləri sənətçini ilk baxışda tanımaqda çətinlik çəkdiklərini bildiriblər.

Digərləri isə Ruhəngiz Allahverdiyevanın fərqli imicdə görünməsini maraqlı və cəsarətli addım kimi qiymətləndiriblər. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin