Amal Kluni 114 min dollarlıq libası ilə diqqət mərkəzinə düşdü - FOTO

Hazırda oxunan: Amal Kluni 114 min dollarlıq libası ilə diqqət mərkəzinə düşdü - FOTO

612688

Məşhur hüquq müdafiəçisi və aktyor George Kluninin həyat yoldaşı Amal Kluni Londonda keçirilən “King’s Trust” xeyriyyə gecəsində dəbdəbəli görünüşü ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, tədbir təşkilatın 50 illiyi münasibətilə Kral Albert Holl zalında baş tutub.

Amal Kluni tədbirə “Alexander McQueen” brendinin arxiv kolleksiyasından seçilmiş vintaj libasda qatılıb.
 

O, dizaynerin 2007-ci ilin payız kolleksiyasına aid “In Memory of Elizabeth Howe” adlı qızılı payetli libası seçib. Kolleksiya dizaynerin ailə tarixindən və Salem cadugər məhkəmələri mövzusundan ilhamlanıb.


Qısaqollu və V formalı yaxaya malik libas tamamilə qızılı payetlərlə bəzədilib və onun siluetini vurğulayıb.

Kluni obrazını iti burunlu ayaqqabı, sırğa, bilərzik və qızılı klatç çanta ilə tamamlayıb.

Bildirilir ki, libasın maraqlı tarixçəsi var. 2007-ci ildə aktrisa Cameron Diaz onu Tokioda “Shrek the Third” filminin premyerasında geyinib.

Daha sonra geyim dizaynerin ölümündən sonra “Bonhams” hərracında satılıb. 2024-cü ildə isə “Sotheby’s” hərracında yenidən satışa çıxarılaraq 114 min dollardan çox qiymətə alınıb.

Lakin Amal Kluninin geyindiyi nümunənin məhz həmin hərrac libası olub-olmadığı dəqiq bilinmir.

Qeyd olunur ki, bu çıxış Amal Kluninin arxiv modasına marağının davamı olub. O, daha əvvəl də “Pierre Balmain” və “Jean-Louis Scherrer” brendlərinin vintaj libasları ilə müxtəlif tədbirlərdə görüntülənib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin