Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

Hazırda oxunan: Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

612499

Kanye Uestin həyat yoldaşı Bianca Censori yenidən qalmaqallı geyim seçimi ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 31 yaşlı memar sosial şəbəkədə paylaşdığı yeni fotosu ilə geniş müzakirələrə səbəb olub.
 

Sensori bu dəfə dar boz leggins və üzərindən geyindiyi olduqca açıq qara monokini ilə görüntülənib. Geyim onun bədən cizgilərini ön plana çıxarıb və sosial şəbəkə istifadəçiləri arasında böyük rezonans doğurub.


O, obrazını hündürdaban ayaqqabılarla tamamlayıb, açıq şabalıdı saçlarını isə sərbəst saxlayıb.

Byankanın bu cür cəsarətli geyim seçimləri artıq onun əsas üslub xüsusiyyətlərindən birinə çevrilib. Onun açıq-saçıq obrazları daha əvvəl də dəfələrlə mediada geniş müzakirə olunub.

Qeyd edək ki, ötən ay Byanka Sensori 48 yaşlı həyat yoldaşı Kanye Uestlə birlikdə Los-Ancelesdəki məşhur Chateau Marmont otelində görüntülənmişdi.

Həmin vaxt Sensori bədən rənginə yaxın bodi və gümüşü corab seçimi ilə diqqət çəkmişdi. Kanye Uest isə əksinə, qara huddi və tünd svitşotdan ibarət daha qapalı geyim tərzinə üstünlük vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin