"Avroviziya" təmsilçimiz Dilarə Kazımova efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, müğənni çıxışı zamanı ev heyvanlarına olan sevgisindən danışıb.
O, bildirib ki, üç iti var və onlardan birini sığınacaqdan, ikisini isə küçədən götürərək sahiblənib.
Sənətçi qeyd edib ki, heyvanlara övladı kimi yanaşır və onların həyatına daxil olması ona həm istilik, həm də mənəvi rahatlıq bəxş edir.
Dilarə Kazımova şəxsi həyatı ilə bağlı da maraqlı məqama toxunub. İfaçı vurğulayıb ki, gələcəkdə ailə quracağı insan ilk növbədə onun itlərini sevməli və qəbul etməlidir.
Müğənni əlavə edib ki, bəzi insanların heyvan saxlamaq üçün belə allergiyalarına baxmayaraq dərman qəbul etdiyini görüb və bu yanaşmanı yüksək qiymətləndirir.
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər onun heyvanlara olan münasibətini bəyənənlərlə yanaşı, fərqli fikirlər də səsləndiriblər. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:49 / 09.05.2026
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
Hazırda oxunan: "Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
Hazırda oxunan: "Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
612175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































