550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

Hazırda oxunan: 550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

612133

Dünyanın ulduz müğənnilərindən olan Stinq sərvətini uşaqlarına qoymayacaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, britaniyalı musiqiçinin sözlərinə görə, hər kəs öz pulunu xərcləməlidir:

“Mən onları böyüdüb, təməl xərclərini ödəmişəm. Ən bahalı məktəblərdə oxudub istədiklərini almışam. Amma dolanışıqlarını özləri etməlidir”.
 

Əsl adı Qordon Metyu Tomas Samner olan britaniyalı musiqiçi uşaqlarına maddi dəstək verməyə davam etdiyini, lakin onlara sonsuz sərvət qoymağı planlaşdırmadığını bildirib. O, öz müsahibəsində vurğulayıb ki, uşaqlarına böyük miras qoymaq, onları hazıra öyrətmək deməkdir.


550 milyon dollar sərvəti olduğu iddia edilən Stinq bu yanaşmanı qəddarcasına hesab edənlərə deyib ki, övladları onun bu qərarına hörmətlə yanaşır.

Qeyd edək ki, 75 yaşlı musiqiçinin ümumilikdə iki evliliyindən 6 uşağı var. Uşaqlardan 4-ü musiqi, aktyorluq və rejissorluq sahələrində karyera qurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin