Kinematoqrafçılar İttifaqının yeni sədrlə bağlı keçirəcəyi qurultayın tarixi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə ittifaqın idarə heyətinin üzvü Kamran Qasımov məlumat verib:
“Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti İttifaqın sədri postuna iki namizəd müəyyən etdi. Qurultay mayın sonlarında keçiriləcək. Dövlətimiz və millətimiz üçün xeyirli olsun!”.
Qeyd edək ki, İttifaqın əvvəlki sədri mart ayında vəfat edən Xalq artisti Rasim Balayev idi.
Bizim.Media

































































































