Monika Belluççi ev axtarır - FOTO

Hazırda oxunan: Monika Belluççi ev axtarır - FOTO

611961

Monika Belluççi yeni filmi "Iride"nin çəkilişləri üçün Romada görüntülənib.

Bizim.Media xəbər verir ki, 61 yaşlı aktrisa çəkilişlərə verilən fasilə zamanı dostları ilə birlikdə paytaxtda mənzil axtararkən kameralara tuş gəlib. Belluççi şəhərdə mənzillərdən birinə baxış keçirib.

Təxminən 45 milyon dollarlıq sərvətə sahib olduğu bildirilən aktrisanın baxdığı evin qiyməti açıqlanmayıb.
 

Qeyd edək ki, "Bram Stoker's Dracula", "Irreversible" və "The Passion of the Christ" filmləri ilə tanınan Monika Belluççi karyerası ərzində İtaliya, Fransa və ABŞ istehsalı olan bir çox ekran işində rol alıb.


Aktrisa həmçinin "The Matrix Reloaded" və "The Matrix Revolutions" filmlərində "Persephone" obrazı ilə də yadda qalıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin