"Armudu stəkanın dizaynını mən vermişəm"

Hazırda oxunan: "Armudu stəkanın dizaynını mən vermişəm"

611084

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan ilə bağlı səsləndirilən maraqlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1980-ci illərdə sənətçi çay içdiyi stəkanın ölçüsünün kiçik olduğunu görərək bir şirkətə müraciət edib və daha böyük ölçüdə stəkan hazırlanmasını istəyib.

Bildirilir ki, şirkət onun istəyini nəzərə alaraq yeni - daha iri ölçülü armudu stəkan istehsal edib.

Bu model sonradan geniş yayılıb və məşhurlaşıb. Hətta bu səbəbdən həmin stəkanların qeyri-rəsmi olaraq "Ajda stəkanı" adlandırıldığı da qeyd olunur.
 

Məlumatlarda o da vurğulanır ki, həmin dövrə qədər insanlar əsasən daha kiçik ölçülü armudu stəkanlardan istifadə edirmiş.


Bununla yanaşı, başqa bir maraqlı detal da diqqət çəkib. İddialara görə, bir neçə bilərziyin eyni anda qoluna taxılması trendinin də müəllifi məhz Ajda Pekkan olub. Sənətçi səhnə və gündəlik obrazlarında çoxsaylı bilərziklərdən istifadə edirmiş və hərəkət etdikcə çıxan səslər onun üslubunun bir parçasına çevrilib. Daha sonra bu stil geniş yayılaraq moda trendinə çevrilib.

Sosial şəbəkələrdə yayılan bu məlumatlar istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin