Ekstrasenslərə ekstra cavab

Hazırda oxunan: Ekstrasenslərə ekstra cavab

51894

 


 

Son zamanlar Rusiya KİV-də və televiziya yayımlarında ekstra bacarıqların kütləvi yer alması diqqəti cəlb edir. Yəqin ki, Hitler Almaniyası dönəmində Adolfun insan varlığının ekstra imkanlarının tədqiq edilməsində hədsiz səyləri barədə müəyyən qədər hamının məlumatı var. Hətta yerin energetik düyününü (mərkəzini) kəşf etmək üçün böyük Qafqazın Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən Elbrus dağının yamaclarında 1942- ci ildə fateh Adolf Tibet lamaları ilə birlikdə tədqiqat aparırdı.

Xoşbəxtlikdən soyuq hava şəraiti və müharibənin gərginliyi eksperimenti başa çatdırmağa mane oldu. Milyonlarla vəsait həmin təyinatla zaman və məkan anlayışını fəth etmək istiqamətində boşa xərcləndi. Hətta dünyanın ən güclü kəşfiyyat sistemini qurmuş ilk Alman kanslerinin ətrafında Martin Borman istisna olmaqla ali təhsilli heç kəs yox idi.O, öz yaxın çevrəsinə yalnız simvolizm və teologia (okkultizm) bilgilərinə malik insanları toplamışdı. Onun dövründə də ölkə başdan başa ekstrasenslərlə dolu idi.

Eynilə Putinin də hakimiyyəti başlayandan bütün Rusiyanı və dövlətin bütün strukturlarını ekstrasenslər əhatə edirlər. Bunu yəqin ki, Rusiya KİV-də və telekanallarından sezə bilərsiniz. Görünür Adolf Hitlerlə Vladimir Putin arasında həqiqətən ümumi və oxşar xüsusiyyətlər var.

Bir məsələ isə daha çox diqqəti cəlb edir-bu da məhşur Bolqar bilicisi Vanqanın guya ki,Ukrayna və Rusiya barədə öncəgörünmələrinin KİV-də ardıcıl işıqlandırılmasıdır. Guya ki, “Bütün Avropa boşalacaq, buzlaqlara çevriləcək, Suriya çökdükdən sonra üçüncü dünya müharibəsi başlayacaq, Ukrayna parçalanacaq, Rusiyanın qarşısını heç kəs ala bilməyəcək. Yalnız Rusiya xilas ola biləcək. Vladimrə eşq olsun, Rusiya bütün dünyanın jandarmı olacaq. Yalnız və yalnız qurtuluş Rusiyadadır”.

 Bu məlumatları televiziya və mətbuatda tez tez işıqlandırmağın, insanların şüuruna təlqin etməyin hansı məqsədə qulluq etdiyini başa düşmək çətin deyil. İnsanların şüuruna bu cür təsir göstərməklə nəyəsə nail olmaq bəlkə də mümkündür, fəqət dövlətləri idarə etmək üçün daha ən yaxşı vasitələr var. Bu, yalançı ümidlər vermək əvəzinə vətəndaşların sosial-iqtisadi vəziyyətini düzəltmək, onların azad və firavan yaşamlarını təmin etmək yoludur.

Qeyd etmək istəyirəm ki, heç kəs fizika və metafizika barəsində təsəvvürü olmadan uzaq keçmiş və gələcək barədə məlumat verə bilməz. Ekstrasenslər onlarda yaranan intuitiv hissləri nitqə tərcümə edərək çox ciddi yanlışlığa yol verirlər. Keçmiş və gələcək yer məkanının energetik yaddaşında mövcuddur. Amma onu görmək üçün təkcə duyğulara deyil, xüsusi elmə vaqif olmaq tələb olunur. Odur ki, insanların əsassız öncəgörmələrə inanması cəhalətə inanmaqdan başqa bir şey deyil. Mən ekstrasens deyiləm amma əminliklə deyə biləcəyim bir şey var - hörmətli təxribatçılar , təəssüflər olsun ki, V. Putinin o günü görməsi çox çətindir. Onun çox yaxın gələcəkdə gözlənilməz sonu olacaq.

Amma yerin həqiqətən də meteorit qonağı var. Onu da hiss edirəm ki, Azərbaycan yeganə qurtuluş yeridir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin