Orta əməkhaqqına görə Azərbaycan MDB-də 4-cü, Ermənistan 6-cıdır

Hazırda oxunan: Orta əməkhaqqına görə Azərbaycan MDB-də 4-cü, Ermənistan 6-cıdır

36710
Rusiya, Qazaxıstan və Belarus orta əməkhaqqının səviyyəsinə görə Gürcüstan da nəzərə alınmaqla MDB məkanında lider ölkələr olaraq qalır. Musavat.com-un “Vedomosti” dərgisinin informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin ikinci rübü üçün rus rublu ilə hesablanan nəticələr belə olub: 

Rusiya - 30 228.7 rub. (təxminən 1000 dollar)
Qazaxıstan - 23 837 rub. 
Belarus - 20 119.9 rub. 
Azərbaycan - 17 713 rub 
Ukrayna - 13 681 rub. 
Ermənistan - 12 634 rub. 
Moldova -  10 404 rub.
Qırğızıstan - 7 777 rub.

Ən aşağı əməkhaqqı - 4864,73 rub. Tacikistandadır. MDB üzvü olmayan Gürcüstanda bu rəqəm 15 825 rub təşkil edir. Özbəkistanla bağlı rəqəm müəyyən edilməyib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin