Malayziyanın "Cohor Darul Tazim" futbol klubu milli çempionatda məğlubiyyətsizlik seriyasına görə yeni dünya rekorduna imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Çempionat hesabına da daxil edilən Malayziya Superkuboku matçında komanda "Kuçinq Siti"ni 3:0 hesabı ilə darmadağın edib. Bununla da Cohor-Baru şəhərini təmsil edən klub ardıcıl 109 matçdır ki, məğlubiyyət üzü görmür.
Buna qədərki dünya rekordu 108 matçlıq məğlubiyyətsizlik seriyası ilə Kot-d'İvuarın "ASEK Mimozas" klubuna məxsus idi və 1989–1994-cü illərdə qeydə alınmışdı.
Qeyd edək ki, "Cohor Darul Tazim" 2021-ci ilin aprelindən bəri Malayziya çempionatında uduzmur. 1972-ci ildə "PKENJ" adı altında təsis edilən klub, 2013-cü ildə indiki adı ilə yenidən bərpa olunub. Komanda son 12 mövsümdür ki, çempionluq titulunu heç kimə vermir.
İndi "Cohor" başqa bir rekord - ardıcıl çempionluq sayını yeniləmək hədəfinə yönələ bilər. Hazırda bu göstərici üzrə rekord 15 titul ilə Vanuatu təmsilçisi "Tafea" klubuna məxsusdur.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:41 / 22.08.2026
Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar
Hazırda oxunan: Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar
Hazırda oxunan: Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar
632409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































