Azərbaycanda yeni futbol klubu yaradıldı

Hazırda oxunan: Azərbaycanda yeni futbol klubu yaradıldı

632327

"Gəncəbasar" Futbol Klubunun ictimaiyyət üçün təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə AFFA, Peşəkar Futbol Liqası, Futbolun İnkişaf Fondu, Gənclər və İdman Nazirliyi, klubların rəsmi şəxsləri, veteran futbolçular, iş adamları, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Həşim Mövsümzadənin klub prezidenti olması açıqlanıb. O, uzunmüddətli və dayanıqlı klub modeli qurmağa fokuslandıqlarını bildirib.

Klub rəhbəri "Gəncəbasar"ın strateji inkişaf planlarından danışıb, müəyyənləşdirilən hədəflər, infrastruktur və digər layihələr barədə ictimaiyyətə məlumat verib. Bildirilib ki, əsas məqsəd
Gəncədə, bölgədə, bütövlükdə ölkədə futbolun inkişafına dəstək verməkdir.

Ardınca komandanın baş məşqçisi Elhad Nəziri ictimaiyyətə təqdim olunub.

Daha sonra çıxış edən Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev "Gəncəbasar"a fəaliyyətində uğurlar arzulayıblar.
 

Klubun icraçı direktoru İlqar Nadiri bildirib ki, Azərbaycan I Liqasında çıxış edəcək komanda ev oyunlarını Gəncə stadionunda keçirəcək.


Sonda "Gəncəbasar"ın yeni maskotu da ictimaiyyətə təqdim olunub. Klubun maskotu canavar obrazında hazırlanıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin