Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.
Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.
Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.
Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.
Bizim.Media



































































































