Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.
Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.
Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:16 / 19.07.2026
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəldi
Hazırda oxunan: Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəldi
Hazırda oxunan: Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəldi
626264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































