FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Hazırda oxunan: FIFA dünya çempionatının finalını təxirə salmayacaq

626231

FIFA 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun ABŞ-ın şimal-şərqini bürüyən güclü tüstü səbəbindən təxirə salınmasının gündəmdə olmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Kanadada davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində yaranan tüstü artıq Detroyt, Minneapolis, Çikaqo və Nyu-York da daxil olmaqla bir sıra şəhərləri əhatə edib. Final oyununun keçiriləcəyi stadion da Nyu-Yorkun yaxınlığındakı İst-Raterford şəhərində yerləşir.

Bununla belə, sinoptiklərin proqnozuna əsasən, bazar günü səhər gözlənilən yağış və küləyin istiqamətinin dəyişməsi tüstünün böyük hissəsini stadion ətrafından uzaqlaşdırmalıdır.

Bəzi ekspertlər isə hava keyfiyyətinin oyunçuların fiziki fəaliyyətinə təsir göstərə biləcəyini və onların ağciyərlərini qorumaq üçün daha ehtiyatlı oynamalı olacaqlarını bildirirlər.

İspaniya və Argentina yığmaları arasında keçiriləcək final matçı bu gün – iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin