Qələbədən sonra duyğusal qucaqlaşma... – Video

Hazırda oxunan: Qələbədən sonra duyğusal qucaqlaşma... – Video

625594

Argentina millisinin İngiltərəni 2:1 hesabı ilə məğlub edərək dünya çempionatının finalına vəsiqə qazandığı qarşılaşmadan sonra yaşanan emosional anlardan biri Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında baş verib.

Bizim.Media xəbər verir ki, final fiti səsləndikdən və argentinalı futbolçular qələbəni qeyd etməyə başladıqdan sonra kameralar Messi ilə Skaloninin səmimi görüşünü qeydə alıb.

Belə ki, komandanın kapitanı Lionel Messi və baş məşqçi Lionel Skaloni bir-birinə sarılaraq tarixi uğurun sevincini bölüşüblər. Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.

Messi görüşdə iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb. Cənubi Amerika təmsilçisi iyulun 19-da keçiriləcək həlledici qarşılaşmada İspaniya millisi ilə çempionluq uğrunda mübarizə aparacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin