Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

Hazırda oxunan: Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

636544

"Azərbaycan Dəmir Yolları" (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək.

Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən məlumat verilib.

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb.

Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin