Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Hazırda oxunan: Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

625267

Türkiyə milli komandasının sabiq futbolçusu və idman şərhçisi Nihat Kahveci həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Bizim.Media "Cumhuriyet" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, insident İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. Cütlük arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Kahvecinin həyat yoldaşına fiziki güc tətbiq etdiyi, daha sonra masanın üzərindəki şüşəni atdığı iddia edilir.
 

Hadisə yerinə gələn Sarıyer rayon polis əməkdaşları sabiq futbolçunu saxlayıblar və faktla bağlı araşdırmalara başlanılıb. Daha sonra N.Kahveci İstanbul Ədalət Sarayına aparılıb və prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.


Məlumata görə, N.Kahvecinin həyat yoldaşı polisə şikayət ərizəsi verməyib, tibbi müayinədən keçməkdən imtina edib və davam edən istintaq çərçivəsində ifadə verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin