Balakəndə 46 yaşlı kişi göldə boğulub

Hazırda oxunan: Balakəndə 46 yaşlı kişi göldə boğulub

48849

Balakən rayonunda suda boğulma hadisəsi baş verib

Moderator.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Katex kənd inzibati ərazisində balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.
 Gölün gözətçisi, rayonun Mahmalar kənd sakini, 1968-ci il təvəllüdlü Aslan Şahavuddin oğlu Qaracayev ehtiyatsızlıqdan gölə düşərək boğulub.
 A. Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
 Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin